Gəlir vergisinin hesablanmasına təsir edəcək CİDDİ DƏYİŞİKLİK

Gəlir vergisinin hesablanmasına təsir edəcək CİDDİ DƏYİŞİKLİK

Ölkə üzrə əhalinin əməkqabiliyyətli hissəsi üçün  yaşayış minimumu nə qədər olacaq?

Azərbaycan Milli Məclisi «Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında»  qanun layihəsinin müzakirələrinə başlayıb.


«APA-Economics»in məlumata görə, millət vəkili Hadı Rəcəbli bildirib ki, gələn il üçün yaşayış minimumu haqqında qanun layihəsinə əsasən, ölkə üzrə bu göstəricinin cari ildəki 116 manatdan 125 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 125 manatdan 136 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 93 manat və 94 manatdan 103 manatadək artırılması nəzərdə tutulub.

Qeyd edək ki, 01 yanvar 2013-cü il tarixdən etibarən Vergi Məcələsinə edilən dəyişikliyə əsasən, 200 manata qədər əsas iş yerində əmək haqqı alan işçinin gəlir vergisi hesablanarkən ölkə üzrə əhalinin əməkqabiliyyətli hissəsi üçün yaşayış minimumu yəni 125 manat çıxılır.

 “Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. Hal-hazırda satışı bitib və sentyabr ayından yenidən nəşri planlaşdırır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər