14 noyabr - Məhərrəm ayının 10-cu günü - Aşuradır

14 noyabr - Məhərrəm ayının 10-cu günü - Aşuradır

Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir

14 noyabr Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid olub. Onlar, Yezid ibn Müaviyyənin ordusu tərəfindən qətlə yetirilib.


Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər. Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.

Bu gün insanlar məscidlərə gedib, nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.
Qafqaz Müsəlmanları İdarəsinin və Səhiyyə Nazirliyinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyasları keçirilir. Noyabrın 14-də Bakıdakı В.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutunda, habelə Bakıdakı Təzəpir, Mirmövsüm ağa, İçərişəhər Cümə, Hacı Soltanəli və Keşlə qəsəbə məscidlərində qanvermə aksiyaları keçiriləcək. Qanvermə aksiyaları həmçinin Sumqayıt, Lənkəran, Şəki və Bərdənin məscidlərində də təşkil olunacaq.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər