Baş mühasib cəmi cümlətanıı... 224 min 843 manat məbləğində pulu xəzinəyə rəsmiləşdirməyib
ASC-nin baş mühasibi vəzifəsində işləmiş Nazim Zeynalovun cinayəti işi məhkəməyə göndərildi...
"Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ASC-nin baş mühasibi vəzifəsində işləmiş Nazim Zeynalovun, cəmiyyətin sığorta üzrə satış menecerləri tərəfindən ayrı-ayrı müştərilərdən toplanmış 1 milyon 106 min manat məbləğində sığorta haqlarının 881 min 194 manatını cəmiyyətin xəzinəsinə təhvil verməklə qalan 224 min 843 manat məbləğində pulu mənimsəməsində şübhələr üçün əsaslar olduğundan N.Zeynalova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın