Polis olmaq istəyənlər, bir addım irəli...
Artıq start verilmiş müsabiqədə kimlərin iştirak etmək hüququ olması haqqında açıqlama verildi
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi respublikanın şəhər və rayon polis orqanlarında 100 vakant yerə - əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru və yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
“Qafqazinfo” xəbər verir ki, müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquqşünas və pedaqoq ixtisası üzrə ali təhsil almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün vətəndaşlar 2013-cü ilin noyabr ayının 4-dən dekabr ayının 4-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək qeydiyyat yeri üzrə ərazi polis idarə və şöbələrinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomun əslini, hərbi bileti (kişilər üçün) şəxsən təqdim etməlidirlər.
Müsabiqənin şərtləri barədə əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47, 590-92-54 nömrəli telefonlar vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın