Vergilər Nazirliyindən Galaxy Grand Duos smartfonu hədiyyəsi
Əmək müqaviləsi ilə bağlı daha kreativ olsan, iPAD mini qazana bilər
Vergilər Nazirliyi Facebook sosial şəbəkəsində iştirakçıların "Əmək müqaviləsi" başlıqlı TƏBLİĞAT XARAKTERLİ KREATİV fotoşəkil müsabiqəsini elan edib!
Müsabiqəyə hər bir Facebook iştirakçısı qoşula bilər. Müsabiqəyə təqdim olunan JPG, PNG, PSD, BMP, TİFF qrafik formatlı və minimum 800x600 px ölçülü fotoşəkilləri [email protected] ünvanına göndərə bilərsiniz.
Fotoşəkil göndərərkən öz adınız, soyadınız, yaşadığınız şəhər, əlaqə nömrəniz (səhifədə göstərilməyəcək) və Facebook şəbəkəsindəki səhifənizin ünvanı barədə məlumatı göstərməyi unutmayın.
Təqdim olunmuş fotoşəkillər səhifəmizin müvafiq fotoalbomunda özünə yer alacaq. Müsabiqədə ən yaxşı 3 fotoşəkil digər iştirakçıların səsverməsi nəticəsində təyin olunacaq: hər şəklin altında onu bəyənənlər "Like" edir və sonda hər biri üçün göndərilmiş "Like"lərin ümumi sayı cəmləşdirilib qaliblər təyin edilir.
Ən çox səs toplayan fotoşəkillər içərisindən layiqlisinin seçimində Təşkilat Komitəsinin münsif heyətinin də iştirakı olacaq.
Müsabiqənin keçirilmə müddəti: 17.10.2013 - 18.11.2013. Nəticələr 25.11.2013-cü il tarixində elan olunacaq.
Qeyd: Göndərəcəyiniz şəkillər qrafik formatda deyil, canlı insanların, obyektlərin real təsvirindən ibarət olan kreativ FOTOŞƏKİLLƏRDƏN ibarət olmalıdır.
Təqdim etdiyiniz fotoşəkillər mütləq ƏMƏK MÜQAVİLƏSİ ilə əlaqəli təbliğat xarakterli kreativ fotoşəkillər olmalıdır.
Göndərilən fotolardakı görüntülərə görə foto müəllifi cavabdehdir.
Qaliblər 1-ci, 2-ci və 3-cü yerlər üzrə müvafiq prizlərlə mükafatlandırılacaqlar:
1-ci yer üçün: iPAD mini
2-ci yer üçün: Galaxy Grand Duos smartfonu
3-cü yer üçün: Galaxy Tab-3 (7") planşeti
P.S. Nəzərinizə çatdırırıq ki, xüsusi proqram-botlar vasitəsilə "əldə edilmiş" Like-lər səsvermə zamanı nəzərə alınmayacaqlar.
0 Komment
Şərh yazın