2014-cü il üzrə ayrılan ipotekaya nə is gözləmək olar?
2013-cü il üzrə ipoteka fonduna ayrılan məbləğ artırıldı?
Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsində ölkədə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 40 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nda deyilir.
Qeyd edək ki, gələn il ayrılması planlaşdırılan vəsaitlərin həcmi 2013-cü il üçün ayrılması nəzərdə tutulan vəsaitlərin həcminə bərabərdir.
Təqdimata əsasən, fəaliyyətə başladığı dövrdən (2014-cü il nəzərə alınmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Azərbaycan İpoteka Fondunda 216 mln. manat həcmində vəsait ehtiyatı yaranacaq.
0 Komment
Şərh yazın