Bank kreditləri ilə əlaqəsi olanlar üçün xəbər

Bank kreditləri ilə əlaqəsi olanlar üçün xəbər

Milli Məclisdən bank faizləri ilə bağlı açıqlama

Azərbaycanda bank təşkilatları üzrə kreditlərin faiz dərəcələri aşağı salınmalıdır və Mərkəzi Bank bu sahədə kommersiya bankları ilə birlikdə çalışmalıdır.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bəyan edib.


Onun fikrincə, ümumilikdə, ölkənin maliyyə bazarında kreditlərə çıxış imkanları asanlaşdırılmalıdır, mövcud problemlər, o cümlədən girovlarla bağlı olan problemlər həll edilməlidir. Bundan əlavə Z.Səmədzadə hesab edir ki, kommersiya banklarının xərclər strukturu diqqətlə təhlil olunmalıdır ki, bankların mənfəətliliyi artsın.

Z.Səmədzadə bildirib ki, bu yaxınlarda parlamentdə 2014-cü il üçün büdcə zərfi ilə bağlı aparılacaq müzakirələr çərçivəsində faiz dərəcələri məsələsi ətrafında da müzakirələrin aparılması nəzərdə tutulur.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər