Azərcelldən 200 manatlıq "Tələbə Təqaüdü" almaq istəyənlər, TƏLƏSİN...
Bunun üçün nələr etmək lazımdır?....
Azercell Tələbə Təqaüdü Proqramını elan edir!
“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir! Tələbə Təqaüdü Proqram üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.
Azercellin Tələbə Təqaüdü Proqramının məqsədi:
o müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək,
o yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq,
o korporativ sosial məsuliyyətli fəaliyyətlərimiz çərçivəsində cəmiyyətimizə töhfə vermək.
Tələbə Təqaüdü Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-dən çox tələbə Azercell şirkətinin təqaüdçüsü adına layiq görülmüşdür.
Müraciət qaydaları və seçim:
Tələbə Təqaüdü Proqramı üzrə Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Müraciət ərizələri yalnız onlayn rejimdə aşağıdakı qaydada qəbul olunur:
- Bu saytın Karyera bolməsinin “Vakansiyalarımız”səhifəsinə daxil olun;
- Vakansiyarımız başlığı altında olan siyahıdan Tələbə Təqaüdü Proqramı linkini tıklayın;
- Açılan pəncərədə mətni oxuyun və “Ərizəni göndər” linkindən onlayn müraciət ərizəsini açın;
- Qeydiyyatdan keçmiş istifadəçisinizsə İstifadəçi adınızı və Parolunuzu daxil edərək müraciət ərizənizi göndərin. Əks təqdirdə qeydiyyat formasını doldurun və müraciət ərizənizi göndərin.
Müraciətlərin son qəbul tarixi 31 Oktyabr 2013-cü il tarixidir.
Seçim mərhələlərinin nəticəsi və növbəti mərhələlərə dəvət haqda məlumat bütün namizədlərə e-mail vasitəsi ilə təqdim olunacaq.
Qeyd: Müraciət ərizələri yalnız veb səhifəsi vasitəsilə qəbul olunduğu üçün Azercellin e-mail ünvanlarına və ofislərinə gətirilən müraciət ərizələri nəzərə alınmayacaq.
Sual və əlavə məlumat üçün [email protected] e-mail ünvanına və (012) 4967007 telefon nömrəsinə müraciət edin.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın