Millət vəkili uşaq sayına görə müavinətin verilməsinə aydınlıq gətirdi

Millət vəkili uşaq sayına görə müavinətin verilməsinə aydınlıq gətirdi

"Təxminən hər anaya 50 manata qədər ola bilər"

“Azərbaycanda 5-dən çox uşağı olan analara müavinətlər veriləcək”. Bunu Modern.az saytına eksklüziv açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Deputatın sözlərinə görə, ölkə başçısı tərəfindən bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub.

“Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının imzası ilə Milli Məclisə belə bir qanun layihəsi daxil olub. Bu sənədi biz sentyabrın 30-da komitə iclasında müzakirə edəcəyik”.


H.Rəcəbli həmçinin qeyd edib ki, “layihədə “Sosial müavinətlər haqqında” qanunun üç maddəsinə dəyişiklik edilib. Bunlar müavinətlərin növləri, müavinətlərin təyin olunma şərtləri və müavinətlərin təyin edilmə müddəti maddələridir. Sənədə əsasən, çoxuşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə 5-dən çox uşağı olan analara maliyyə dəstəyi kimi müəyyən müavinətlər verilməsi nəzərdə tutulur”.

Deputat onu da qeyd edib ki, sözügedən layihədə 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı 1 yaşına çatdıqda və uşağın 18 yaşı tamam olan ayın sonunadək xüsusi müavinət ödəniləcək.

”Maliyyə dəstəyinin miqdarı Nazirlər Kabineti tərəfindən müəyyənləşəcək. Müavinətlər gələn il  yanvarın 1-dən ödənilməyə başlanacaq və bu, təxminən hər anaya 50 manata qədər ola bilər. Ölkə üzrə belə anaların sayı bu gün 10 min nəfəri üstələyir.”-deyə komitə sədri bildirib.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər