Təhsil Nazirliyindən müəllimlərlə bağlı açıqlama

Təhsil Nazirliyindən müəllimlərlə bağlı açıqlama

.. Belə bir sistemin tətbiqi məktəblərdə az dərs yükünə müəllim təyin edilməsinin qarşısını xeyli alıb.

Təhsil Nazirliyi ölkənin bəzi məktəblərində, xüsusilə kənd məktəblərində müəllimlərə az dərs saatının verilməsi məsələsinə aydınlıq gətirib.
 Təhsil Nazirliyindən APA-nın  sorğusuna verilən cavabda qeyd olunub ki, son illər ümumtəhsil məktəblərinə pedaqoji kadrların işə qəbulu yeni qaydalar əsasında həyata keçirilir.

 Vakant yerlərə test yoxlamasının nəticələrinə görə müəllim təyin edilir. Fənlər üzrə vakant yer isə 18 saatdan az olmamaqla müəyyənləşdirilir. Belə bir sistemin tətbiqi məktəblərdə az dərs yükünə müəllim təyin edilməsinin qarşısını xeyli alıb. Kənd məktəblərində isə müəllimlərin dərs yükü bir qayda olaraq bir stavkadan yuxarı olur.
 Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov bir müddət öncə mətbuata verdiyi açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin apardığı təhlillər nəticəsində Azərbaycanda müəllimlərin 64%-nin 17 saatdan az dərs yükünə malik olduğu məlum olub. Təxminən 4% müəllimlər isə həftədə 1 saatdan 5 saatadək dərs yükü götürüb. Bütün bunları nəzərə alan Təhsil Nazirliyi sistemdə olan müəllimlərin dərs yükünün artırılması üçün əlavə imkanların yaradılması məsələsini daim diqqət mərkəzində saxlayır.

 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər