İpoteka kreditləri ilə bağlı YENİ TƏKLİF

İpoteka kreditləri ilə bağlı YENİ TƏKLİF

Ölkədə ipoteka kreditlərinin verilməsi ilə bağlı irəli sürülən yeni təkliflərdən biri də Almaniyada geniş tətbiq edilir...

Ölkədə ipoteka kreditlərinin verilməsi ilə bağlı irəli sürülən yeni təkliflərdən biri də Almaniyada geniş tətbiq edilən yaşayış-tikinti banklarının yaradılmasıdır. Yeni yaradılacaq bu bankın təsisçisi və səhmdarı dövlət olacaq. Ancaq qurumun maliyyə resurslarının formalaşmasında vətəndaşların əmanətlərinin də xüsusi rolu olacaq. Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyevin sözlərinə görə yaşayış-tikinti bankının yaradılmasında əsas məqsəd əhali üçün ipoteka şərtlərini yüngülləşdirməkdir.


“Tutaq ki, bir evin dəyəri 50 min manatdır, bu vətəndaş da bir 10 min manatlıq əmanət qoyur. O əmanətlərin hesabına o resurslar formalaşacaq və evlər tikiləcək. Vətəndaş həmin 10 min manat əmanəti hesabına mənzil almaq hüququ qazanacaq, Yəni əmanətlərini orada yerləşdirməklə mənzil hüququnu əldə edəcəklər”,- deyə Alim Quliyev bildirib

Əhalinin ipoteka kreditlərini götürməkdə çətinlik çəkdiyi əsas məqamlardan biri məhz ilkin ödənişlə bağlıdır. İpoteka krediti götürmək istəyənlər almaq istədikləri mənzilin dəyərinin 20 %-ni əvvəlcədən ödəməlidirlər. Əksər insanların isə buna imkanı çatmır. Ekspertlər də hesab edirlər ki, hazırda ev sahib olmaq istəyən vətəndaşların tikinti əmanət banklarına böyük ehtiyacı var, bunu nəzərdə tutan layihənin qəbulu tezləşdirilməlidir. Çünki əmanət tikinti banklarının fəaliyyətə başlaması üçün müəyyən vaxt tələb olunur.

“İnsanlar artıq banka müəyyən bir dövrdə əmanət yatırmaqla özünün ilkin ödəniş problemini həll edir. Həmçinin ucuz faizlə kredit götürmək imkanı əldə edir. Bu gün ölkədə kreditlərin faizləri yüksəkdir. Həmin faizlərlə heç vaxt ev almaq mümkün olmaz”,- deyə iqtisadçı Samir Əliyev bildirir.

Mərkəzi Bank ipoteka kreditləri ilə bağlı 2013-2017-ci illəri əhatə edən strategiyanı artıq hökümətə təqdim edib, hazırda onun müzakirələri aparılır. Bu strategiyada sosial ipotekanın əhatə dairəsinin genişlənməsi, ipoteka məbləğlərinin və faizlərinin daha səmərəli istiqamətdə dəyişdirilməsi öz əksini tapıb. Strategiya müvafiq qurumlar tərəfindən bəyənildikdən sonra xüsusi dövlət proqramının qəbul edilməsi gözənilir.

Hazırda ipoteka kreditlərinin verilməsi şərtlərinə gəlincə, gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial ipoteka maksimum 50 min manat olmaqla 4 %-lə 30 illiyə, adi ipoteka isə maksimum məbləği 50 min manat olmaqla 8%-lə 25 illiyə verilir. Amma kommersiya banklarının öz xətti ilə verdikləri ipotekanın faizi daha yüksəkdir.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər