Məleykə Abbaszadə qəbul qaydalarının dəyişəciyi haqqında açıqlama verdi

Məleykə Abbaszadə qəbul qaydalarının dəyişəciyi haqqında açıqlama verdi

 Şagirdlər 4-5 fəndən-imtahan verəcəklər...

“2015-ci ildən etibarən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək. Yeniliklər müzakirə olunduqdan və Ədliyyə Nazirliyində qeydiyyata götürüləndən sonra elan olunacaq”.


APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 2015-ci ildən etibarən Azərbaycanın orta məktəblərində TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Onun sözlərinə görə, müəyyən fənlər əvvəldən elan ediləcək və şagirdlərin onlardan 2-3-nü seçmək imkanı olacaq: “Bununla da, şagirdlər 4-5 fəndən-imtahan verəcəklər. Bunlardan 2-si əvvəldən TQDK-nın müəyyənləşdirdiyi Ana dili və Riyaziyyat olacaq, digər 2 və ya 3 fənni isə şagirdlər özləri seçəcək. Seçiləcək fənlərə “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Biologiya”, “Kimya”, “Fizika”, xarici dil daxil ediləcək. Artıq hüquqi müstəvidə fənlərin artırılması həll olunub”.
 
TQDK sədri qeyd edib ki, gələn ildən etibarən ediləcək daha bir yeniliyə əsasən, 2014-cü ilin 9-cu sinif məzunları buraxılış imtahanlarının nəticələrinə görə? istəsələr 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olunacaqlar. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər