Təhsil Nazirliyindən daha bir yenilik
Bu yenilikdən sonra yəqin ali məktəbin bəzi müəllimləri rüşvət almazlar?
Azərbaycan ali məktəblərində çalışan müəllimlər öz əməyinin nəticəsinə uyğun olaraq, maddi və mənəvi cəhətdən fərqli qiymətləndiriləcəklər.
Oxu.Az Ann.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ali təhsil müəssisələrində müəllim vəzifəsinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə dövri mətbuatda elan olunur.
Müsabiqə zamanı müraciət edən hər bur kəs, o cümlədən magistrlər üçün bərabər şərait yaradılır.
Nazirlikdən əlavə edilib ki, magistrlərin işə qəbulu zamanı heç bir güzəşt və ya imtiyaz nəzərdə tutulmayıb:
“Lakin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı hər bir müəllim öz əməyinin nəticələrinə görə qiymətləndiriləcək. Belə olduğu halda digər müəllimlərlə yanaşı, magistr dərəcəsi olan müəllimlərin də maddi və mənəvi cəhətdən fərqli qiymətləndirilməsinə imkan yaranacaq”.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın