SOCAR-da işləməyin üstünlüyü
Neft şirkəti işçilərinə hansı güzəştlər yaradır
Dövlət Neft Şirkətində (SOCAR) mənzil növbəsində dayanan işçilər evlə təmin ediləcəklər.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, işçilərin mənzillərlə təmin olunması üçün hazırda şirkət daxilində kooperativ fəaliyyət göstərir. Bu qurum tərəfindən xeyli mənzil nefçilərə verilib.
İlk növbbədə, SOCAR-da mənzil növbəsində dayanan işçiləri bu kooperativə cəlb etməklə onların mənzil növbəsinə dayanma müddətindən asılı olaraq şirkət 50 faiz güzəştlə işçiləri mənzillərlə təmin edir.
SOCAR banka depozit pul qoymaqla işçilərə ipoteka krediti verir. Digər tərəfdən işçilərə torpaq sahələri də verilir. Bu işlər plana uyğun aparılır. Düşünürük ki, son neftçi mənzillə təmin olunanadək işlər gedəcək.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
2 Komment
Abbas 05 Avqust 2022
Sokarda necə işləməy olar
Azad 30 Oktyabr 2022
Salam mən socar nəqliyyat idarəsində işləyirəm bilmək istərdim ki mən ipoteka krediti ilə ev almaq üçün müraciət üçün hara yaxınlaşmalıyam. Və socar işçisi kimi 4 faizlə ev ala bilərəmmi
Şərh yazın