Axır ki.... Mərkəzi Bank yeni ipoteka proqramını hazırladı...

Axır ki.... Mərkəzi Bank yeni ipoteka proqramını hazırladı...

Elman Rüstəmov: "Burada ən vacib məsələ sosial ipoteka şərtləri ilə əldə ediləcək evin, həmçinin onun təmirinin dəyəridir"

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni ipoteka proqramı hazırlayıb və bu proqramı yaxın vaxtlarda hökumətə təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov deyib: "Birincisi, biz sosial ipotekanın əhatəsini genişləndirməyi təklif edirik. Burada ən vacib məsələ sosial ipoteka şərtləri ilə əldə ediləcək evin, həmçinin onun təmirinin dəyəridir. Bu problem faiz dərəcələri və ilkin ödəniş məsələlərindən daha əhəmiyyətlidir. Beynəlxalq təcrübəyə, o cümlədən qonşu Türkiyə və Qazaxıstanın təcrübəsinə uyğun olaraq, biz özəl sektorla dövlətin tərəfdaşlığı əsasında qənaətli və rahat evlərin tikintisini sosial ipotekanın genişləndirilməsi ilə əlaqələndirməyi təklif edirik".
Mərkəzi Bankın sədrinin sözlərinə görə, sosial ipoteka üzrə yeni proqramın əsas hədəfi əhalinin şəxsi yığımları hesabına ipotekaya avtomatik çıxışını təmin etməkdir: "Bu tikinti-əmanət banklarının alman modelidir. Bizim qanun layihəmiz hazırdır və strategiyaya daxil edilib. Belə ipotekanın şərtləri sosial ipotekanın şərtlərindən yüngül olmalıdır".

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər