Mərkəzi Bankın sədrindən iri nominallı pulların dövriyyəyə buraxılıması haqqında açıqlama

Mərkəzi Bankın sədrindən iri nominallı pulların dövriyyəyə buraxılıması haqqında açıqlama

 O, gələcəkdə pul nişanlarının dizaynının dəyişdirilməsini də istisna etməyib...

Azərbaycanda iri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur.

“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bəyan edib.
 O, gələcəkdə pul nişanlarının dizaynının dəyişdirilməsini də istisna etməyib: “Lakin hazırda bu məsələ konkret gündəmdə deyil”.

E.Rüstəmov bu yaxınlarda manatların yeni dizaynının şəkillərinin internetdə yayılmasına münasibət bildirib: “Bunlar şayiədir və reallığı əks etdirmir. Dünyanın aparıcı ölkələrində 8-10 ildən bir valyutaların dizaynı dəyişdirilir və bu normal prosesdir. Azərbaycan Mərkəzi Bankı bu məsələyə hökumətlə və Pul islahatları komissiyası ilə birlikdə baxır və yeni qərar olsa, birgə qərar olacaq”.
 
E.Rüstəmov qeyd edib ki, Azərbaycanda sikkələrin dövriyyədən çıxarılması, o cümlədən kiçik nominallı sikkələrin dövriyyədən çıxarılması gözlənilmir.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər