YENİLİK! Xarici pasportu 1 günə almaq mümkün olacaq
Bunun üçün yeni qaydalar qüvvəyə minib..
Xarici pasportların alınmasının yeni qaydaları qüvvəyə mindi
Pasportu 1 günə almaq istəyənlər 160 manat ödəyəcəklər.
Sentyabrın 1-dən etibarən xarici pasportların verilməsi qaydaları dəyişib.
Oxu.Az xəbər verir ki, artıq xarici pasportu 1 günə də almaq mümkündür. Bunun üçün yeni qaydalar qüvvəyə minib.
Yeni qanuna görə, ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində də verilir. Pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə yeni qiymətlər müəyyən olunub.
Belə ki, pasport 10 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud vətəndaşın və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 10 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 40 manat rüsum tələb olunur
Pasport beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 20 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 40 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün isə 80 manat rüsum tələb olunur.
Xarici pasportu bir günə almaq istəyənlər isə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120 manat, on səkkiz yaşına çatmış vətəndaşlar isə 160 manat pul ödəməlidirlər.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın