
RƏSMİ! Mart ayı üzrə İş və istirahət günlərinin yerlərinin dəyişdirildi
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.
Qeyd edək ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, 8 Mart - Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart - Novruz bayramı və 30, 31 mart - Ramazan bayramı iş günləri hesab edilmir.
Martın 8-i və 22-i şənbə, 23-ü və 30-u isə bazar gününə (qeyri-iş günlərinə) təsadüf etdiyindən müvafiq olaraq, martın 10-u, 25-i, 26-sı və aprelin 1-i qeyri-iş günü sayılacaqdı. Ancaq yeni qərarla martın 10-u və aprelin 1-i iş günü, martın 25-i və 26-sı qeyri-iş günü hesab ediləcək.
Beləliklə, ölkədə martın 20-dən aprelin 1-dək - yəni 12 gün ardıcıl qeyri-iş günü olacaq.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
1 Komment
Mikayl 15 Fevral 2025
bu qanunlar angaq dovleta isleyenler ucundur.ozel kicik sirketler bayram gunu daha cox isleyirki geliri olsun isciler mass vera bilsin..bu is gunleri deyismeler lap adami esabi edir.kohne zamanda bela hal yokdu bu yeni cixdi..bayram olan aylarda ayin axri tabelda baslayirsan gunlerin yerlerin duzub qosmaqa ki heftelik 40 saati ve ayliq is vaxt normasin kecmesin..en coxda 6 gunluk isleyenlerda bu problemdir.hela ilin sonunda da is vaxt normasi illik ust uste dusmur.baslayirsan bolub vurub cixmaqa ki duz olsun illik is norma.bu il deyasen iş vaxtının illik norması 1903 saat olmalidir.
Şərh yazın