Milli Qəhrəmanlar üçün nəzərdə tutulan məbləğ təxminən 2 dəfəyə yaxın artırıldı

Milli Qəhrəmanlar üçün nəzərdə tutulan məbləğ təxminən 2 dəfəyə yaxın artırıldı

Fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına görə, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1000 (bir min) manat müəyyən edilməsi qərara alınır.



“Qafqazinfo” xəbər verir ki, fərmana görə, "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının 1-ci hissəsində "3.000.000 (üç milyon)" sözləri "1000 (bir min)" sözləri ilə əvəz edilir.

Fərmanda Nazirlər Kabinetinə fərmanın icrasının təmin edilməsi ilə əlaqədar lazım olan məsələləri həll etmək tapşırılır.

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik..

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər