Qızıl medal alanlarının topladığı ballar açıqlandı (SİYAHI)

Qızıl medal alanlarının topladığı ballar açıqlandı (SİYAHI)

Təhsil Nazirliyi, həmçinin ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparıb.

 

Təhsil Nazirliyi 2012-2013-cü dərs ilinin və təhsilalanların yekun dövlət attestasiyasının nəticələrinin təhlilini davam etdirir. "Qafqazinfo" Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınmışdır. Bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunmuşdur. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var.

Bu bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş müvafiq qərar hər bir məzun üçün ali məktəblərə qəbul prosesində bərabər imkanlarının yaradılması baxımından düzgün qərar olmuşdur. Ali məktəblərlə yanaşı, həmin şəxslərin orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq şanslarının olduğunu da nəzərə alsaq, bununla da həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanları xeyli artmış olur.

Təhsil Nazirliyi, həmçinin ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini aparıb.

Belə ki, 248 medalçıdan

3 nəfəri (1%) 700 bal

145 nəfəri (58%) 600-699 bal

49 nəfəri (20%) 500-599 bal

22 nəfəri (9%) 400-499 bal

12 nəfəri (5%) 200-399 bal

1 nəfəri 140 bal toplayıb.

16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.

Beləliklə, bu il medallara layiq görülmüş məzunların mütləq əksəriyyəti öz bilik səviyyəsini təsdiqləyib.

Növbəti illərdə məktəb proqramı ilə qəbul imtahanlarının məzmun və metodologiyalarının uyğunlaşdırılması istiqamətində aparılan işlərin yekunlaşması ilə təhsilalanların biliklərinin qiymətləndirilməsi prosesində keyfiyyətin yüksək səviyyəyə çatdırılmasının şahidi olacağıq. Təhsil Nazirliyi bu sahədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdırır və təhsilin keyfiyyətinin artırılmasına nail olacağına əminliyini ifadə edir. 

Aktuallığına görə qızıl və gümüş medalçılarla bağlı məsələlərin kütləvi informasiya vasitələrinin diqqətində saxlanılması Təhsil Nazirliyi tərəfindən təbii qarşılanır. Eyni zamanda, bu mövzunu işıqlandırarkən yüksək nəticə göstərmiş abituriyentlərin uğurlarına da diqqət yetirilməsinin zəruriliyini yaddan çıxarmamağı tövsiyə edirik.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər