Vergilər Nazirliyinə işə qəbul bağlı zəng gözləyən ehtiyat namizədlər üçün xəbər...

Vergilər Nazirliyinə işə qəbul bağlı zəng gözləyən ehtiyat namizədlər üçün xəbər...

Vergilər Nazirliyi müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin işə təmin olması ilə bağlı açıqlama yaydı

Sual: Mən VN-də ehtiyat kadram, artıq sənədlərin qəbulundan 5 ay ötür. Bilmək istəyirəm, haçan işlə təmin olunacam.
Əliyeva Vəfa

Cavab: Məlum olduğu kimi, vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin müsahibə mərhələsini də müvəffəqiyyətlə keçən namizədlərin sayı 290 nəfər təşkil edir.
Keçirilən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin bir qismi, yəni təqribən 60 nəfəri vergi orqanlarına işə qəbul olunmuşlar. Onların yerləşdirilməsi namizədlərin yaşadığı yer, ixtisası, toplanmış balları, istəyi, vergi orqanlarında əvvəllər işləyib-işləməməsi, ümumi iş stajı və s. bu kimi amillər nəzərə alınmaqla həyata keçirilir.
Müsabiqədən keçmiş namizədlərin işlə təmin olunması hal-hazırda davam edir, lakin namizədlərin sayı boş vakansiyaların sayından çox olduğundan namizədlərin bir qisminin ehtiyat kadr kimi nəzərə alınması istisna olunmur.
Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla növbə üzrə vakant vəzifələrə təyin olunmaları üçün namizədlər əmək müqaviləsi bağlanması məqsədilə Vergilər Nazirliyinə dəvət olunacaqlar
Vergi orqanlarına işə qəbulla əlaqədar əlavə məlumat almaq məqsədilə 4038749, 4038752 şəhər nömrəsinə müraciət edə bilərsiniz.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

 “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər