Prezident təqaüdünü bu il kimlər ala biləcək?

Prezident təqaüdünü bu il kimlər ala biləcək?

" Həmin şəxslərin əvəzinə siyahıya  növbəti balı toplayan abituriyent daxil ediləcək"

«Prezident təqaüdünü yalnız Azərbaycanda təhsil alan tələbələr ala bilər».

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə verib.


«Bu səbəbdən araşdırmalar aparılır. Lakin mən ilkin məlumatları deyə bilərəm. Araşdırırıq görək bu siyahıda xaricdə təhsil almaq üçün müraciət edənlər var, ya yox? 25 nəfərlik siyahıda axırıncı adam I qrupdan 679 bal toplamış abituriyentdir. İkinci qrup üzrə təqaüdə düşmək balı hələlik 665, III qrupda 686, IV qrupda 680-dir. Ola bilsin ki, bu balları toplamış abituriyentlərdən kimsə xaricdə təhsil proqramına daxil olsun, o zaman həmin şəxslərin adları bu siyahıdan çıxarılacaq. Həmin şəxslərin əvəzinə siyahıya  növbəti balı toplayan abituriyent daxil ediləcək».

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər