SÜRÜCÜLƏR, bu məlumatı mütləq oxuyun

SÜRÜCÜLƏR, bu məlumatı mütləq oxuyun

Sonra deməyin Hacibala müəllimin bu sərəncamındakı siyahısından yox idi..   (SİYAHI)

Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində yerləşən müəssisə və təşkilatlara xəbərdarlıq edib


İcra Hakimiyyətindən icra başçısı Hacıbala Abutalıbovun "Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında" sərəncamına müvafiq olaraq Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanıb.


Məktubda deyilir ki, Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin və qanunsuz parklama, durma və dayanmanın aradan qaldırılması məqsədilə paytaxtın Neftçilər, G.Səfərəliyeva, Ü.Hacıbəyov (Hökümət evinin ətrafı), İstiqlaliyyət, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bül-bül, R.Behbudov, Azadlıq, 28 May, Xaqani, Xaqani adına bağın ətrafı (keçmiş "9 Yanvar" bağı), Nizami, Füzuli dairəsi, Ş.Qurbanov, "Nizami" metrostansiyasının qarşısındakı C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsi Ə. Hüseynzadə küçəsinə qədər olan hissə, Ş.Bədəlbəyli, S.Vurğun, Füzuli, M.A.Əliyev və şəhərin digər mərkəzi hissələrini əhatə edən küçə və prospektlərində, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin parklanması, durması və dayanması qəti qadağan edilib.

Məktubda daha sonra qeyd olunub ki, paytaxtın mərkəzi küçələrində yerləşən və istifadələrində avtomobil olan bütün idarə və müəssisələrdən, yerli və xarici nümayəndəliklərdən, beynəlxalq təşkilatlardan, həmçinin qeyd olunan qurumlarda çalışan və istifadələrində avtomobil olan əməkdaşlarından xahiş olunur ki, avtomobillərin parklanması, durması və dayanması qaydalarına riayət etsinlər: "Rəhbərlik etdiyiniz qurumlarda çalışan avtomobil sahiblərindən qeyd olunan problemin aradan qaldırılması məqsədilə xidməti və fərdi avtomobillərin Heydər Əliyev adına Saray ilə Füzuli meydanı arasında yeni istifadəyə verilmiş müasir tipli yeraltı avtomobil dayanacağında və ya digər yeraltı avtomobil dayanacaqlarında parklanmasını tövsiyə etməyiniz xahiş olunur".

Bakı Şəhər İcra Hakimiyyəti başçısı xəbərdar edib ki, əks təqdirdə nəqliyyatın sıxlığının və tıxacların qarşısının alınması məqsədilə adları qeyd olunan küçə və prospektlərdə, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin qanunsuz parklanması hallarının qarşısı sərt inzibati üsullarla alınacaq./Trend/

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                              

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Xəbərlər