Təhsil Nazirindən təqdirəlayiq görüş
700 bal toplayan abituriyentlərlə bağlı hansı addım atıldı?
Bu gün təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış 6 nəfər abituriyent və onların valideynləri ilə görüşüb.
"Qafqazinfo" nazirliyin saytına istinadən xəbər verir ki, təhsil naziri ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri əldə etdikləri uğurlara görə təbrik edərək, onların gələcəkdə yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləyib.
Abituriyentlərin belə möhtəşəm nailiyyət qazanmasında təhsil aldıqları məktəblərin, müəllimlərin mühüm rolunu qeyd edən nazir xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirib.
Abituriyentlər təhsil aldıqları məktəblər, müəllimləri və valideynləri haqqında təhsil nazirinə məlumat vermiş, göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib. Övladlarının əldə etdiyi yüksək uğurlara görə qürur hissi keçirdiklərini söyləyən valideynlər onların seçdikləri ixtisaslara dərindən yiyələnəcəklərinə əminliklərini ifadə edib.
Görüşün sonunda ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunub.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın