MARAQLI!!! Qafqaz Müsəlmanları İdarəsindən maraqlı xidmət
VİP xidmət bu sahəyə də gəlib çıxdı...
Oxu.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, qiyməti 4100 manat olan xidmətdən istifadə edəcək zəvvarlar 2 və 4 nəfərlik otaqlarda qalacaqlar.
Onlara bahalı və dadlı yeməklər veriləcək, qaldıqları otellərdə xidmətlər VİP olacaq.
Ümumiyyətlə, builki Həcc səfərinin qiyməti əvvəlki ilə nisbətən qalxıb.
Ötən il Həcc ziyarətinə yollanan zəvvarlara iki qiymət təklif olunub: 3090 manat və 3850 manat (VİP). 3090 manat ödəyən zəvvarlara sadə yemək verilib, onlar 8 və 16 nəfərin qaldığı otaqlarda gecələyiblər. 3850 manat ödəyən zəvvarlar isə nisbətən daha keyfiyyətli yeməklər verilib, onlar 4 və 6 nəfərlik otaqları olan şəraitli otellərdə yerləşdiriliblər.
Bu il isə zəvvarlara müvafiq olaraq 3250 və 4100 manatlıq (VİP) Həcc ziyarəti təklif olunur.
Bütün səfərlər Suriyada baş verən hadisələrlə əlaqədar olaraq təyyarə ilə baş tutacaq.
Xatırladaq ki, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edəcək.
Azərbaycanda Həcc ziyarətini yalnız QMİ təşkil edir.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
----------------------------------------------
0 Komment
Şərh yazın