Ali məktəblərdə ən çox vakant yerlər hansı qruplar üzrə qalıb?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qruplar üzrə vakant yerlərin siyahısını açıqladı
2013-2014-cü tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, ali məktəblərdə ən çox vakant yerlər I və III ixtisas qrupları üzrə qalıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, hər 2 qrupda vakant qalan yerlərin sayı 760-dan çoxdur. IV qrup üzrə 700-ə yaxın vakant yer qalıb. Ən az vakant yer isə II qrup üzrədir. Bu qrup üzrə 400-ə yaxın plan yeri boş qalıb. Ümumilikdə ali məktəblər isə 2792 plan yeri vakant qalıb.
Qeyd edək ki, avqustun 18-dən başlayaraq, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə ixtisas seçimi aparılır. İxtisas seçimi avqustun 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın