RƏSMİ! Növbəti PMS Sertifikatı imtahanlarında suallarının cavablandırılması kağız yox elektron formada həyata keçiriləcək?

RƏSMİ! Növbəti PMS Sertifikatı imtahanlarında suallarının cavablandırılması kağız yox elektron formada həyata keçiriləcək?

Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Faiq Abdullayev: “Təəssüf ki, bəzi mühasiblər PMS İmtahanlarının elektron formatda keçirilməsini ... yenilik kimi qarşılayırlar”

Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Faiq Abdullayev PMS sertifikatı imtahanlarının kağız yoxsa yazılı formada keçirilməsinə aydınlıq gətirib: “Təəssüflə bildirmək istəyirəm ki, ölkəmizdə kompüterlə işləməyi bacarmayan bəzi mühasiblərimiz mövcuddur. Bu cür şəxslər imtahan suallarının elektron formada cavablandırılmasını dəstəkləmir və bunu yenillik kimi qiymətləndirirlər. Halbuki kompüterdən istifadə onilliklərin tələbi olduğu üçün yenilik hesab edilməməlidir. PMS sertifikatı üzrə imtahan suallarının elektronlaşdırması prosesin daha da asanlaşdırılmasına zəmin yaradır. Belə ki, qapalı test sualların cavablandırılması zamanı səhv qərar verən şəxs dəyişiklik etmək istədikdə bəzi hallarda problemlərlə rastlaşır. Lakin elektron formada keçirilən imtahanda iştirak edən şəxs imtahanın sonuna qədər öz qərarı üzərində düzəliş etmək hüququna malik olacaq. Kağız formada keçirilən imtahanlarda açıq tipli sualların həlli zamanı kifayət qədər qaralamaların olması halları da baş verir. Bu cür hallar da imtahan sualları üzrə cavabların yoxlanılması zamanı ləngimələrə səbəb olur. Amma elektron imtahanlarda bu cür hallar olmayacaq. Həm ictimai sektor, həm də MHBS və KOS üzrə PMS sertifikatları üzrə müddət tələbi olmasını nəzərə alaraq imtahanların elektron formada keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Gələcəkdə imtahanların növbəti mərhələlərinin elektron formada keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi imtahanların elektron formada keçirilməsi sistemi də artıq hazırlayıb. Yaxın zamanlarda PMS imtahanların elektron formatda keçirilməsi ilə bağlı ictimaiyyətə təqdimat da həyata keçiriləcək."

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər