Maaşların artırılması bağlı ŞAD XƏBƏR

Maaşların artırılması bağlı ŞAD XƏBƏR

Milli Məclisin deputatı bildirib ki, yəqinki bu artım gələn həftə içərisində bu baş verəcək

Avqust ayının sonunda yəqinki biz büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artımını nəzərdə tutan prezident sərəncamını görəcəyik. Oxu.Az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. O qeyd edib ki, maaşların nə qədər artırılacağı dövlət başçısının səlahiyyətində olan məsələdir.

 

“Demək olar ki, bütün katerqoriyalarda əmək haqlarının artırılması gözlənilir və bu, olacaq. Müəllimlər, həkimlər, mədəniyyət işçiləri, dövlət qulluqçuları, büdcədən maliyyələşən digər təşkilatlarda çalışan işçilərin hamısının əmək haqlarında artım gözlənilir. Cənab prezident də öz çıxışlarında bunu söyləyib. Yəqinki gələn həftə içərisində bu baş verəcək”.

Əmək haqlarının artımına uyğun olaraq bazarda müəyyən məhsulların bahalaşacağının gözlənildiyinə də toxunan deputat vurğulayıb ki, qiymət artımı Azərbaycandakı təbii iqtisadi proseslərin nəticəsi deyil.

“Bu, bəzi işbazların oyunlarıdır, yəqinki buna görə də İqtisadi İnkişaf Nazirliyinin müvafiq idarələri daha çox fəallıq göstərməlidirlər, müvafiq tədbirlər görməlidirlər. Qiymətlərin artırılmasının iqtisadi proseslərə aidiyyatı yoxdur. Bu, süni sürətdə aparılan artımlardır. İşbazlar da bilirlər ki, avqustun axırlarında, sentyabrın əvvəllərində əməkhaqları artacaq və belə edirlər. Heç şübhəsiz ki, İqtisadi İnkişaf Nazirliyi bu məsələni hər gün nəzarətində saxlamalıdır”.

Xatırladaq ki, 2013-cü il ərzində maaş və pensiyalar hələki artmayıb.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər