Bu xəbəri oxuduqdan sonra yol polislərindən şikayət haqqında düşünməyə dəyər...

Bu xəbəri oxuduqdan sonra yol polislərindən şikayət haqqında düşünməyə dəyər...

Xəzər rayon Məhkəməsindən maraqlı qərar

Oxu.Az xəbər verir ki, bir neçə gün əvvəl Amil Məmmədov Milli.Az-a müraciət edərək yol polisi tərəfindən döyüldüyünü bildirmişdi.

Məlumata görə, avqustun 3-ü, saat 13:00 radələrində “VAZ-21015” markalı, 90 KS 195 dövlət nömrə nişanlı avtomobili ilə Sabunçu dairəsindən Mərdəkan istiqamətinə hərəkət edərkən yolun hava limanı ərazisindən keçən hissəsində onu üç Dövlət Yol Polisi ekipajı saxlayıb.


Sürücü Məmmədov Amil Fəqani oğlundan avtomaşından düşməsini tələb etdikdə sürücü səbəbini soruşub. Bu zaman onu zor tətbiq edərək maşından düşürüb döyməyə başlayıblar. F.A.Məmmədov məsələ ilə bağlı aidiyyəti rayon üzrə prokurorluğa müraciət edib.

Bu hadisə ilə bağlı yol polisinin şikayəti əsasında işə isə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmədən Milli.Az-a verilən məlumata görə, A.Məmmədovun barəsində 15 sutkalıq həbs qərarı çıxarıb. O, xuliqanlıq maddəsi ilə ittiham edilib.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir.25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Xəbərlər