Müftüdən qadınları əsəbləşdirən açıqlama

Müftüdən qadınları əsəbləşdirən açıqlama

 Müftünün fikrincə, qadınlara Facebook-da nəyi etmək haramdır?

Hindistanlı Halim Firagni Mahli adlı bir müftü qadınların “Facebooka” şəkil yükləməsinin İslam dəyərlərinə zidd olduğunu deyib.

Oxu.Az ANN.Az-a istinadən xəbər verir ki, müfti qadınları sosial şəbəkələrdən uzaq durmağa çağırıb.

“İslama görə qadınlar üzlərini ailələrindəki kişilər istisna olmaqla heç kimə göstərməməlidirlər. Biz liberalıq və bizdə “Taliban” zehniyyəti” yoxdur”, - deyən müfti özündən məsləhət istəyən gənclərə bu tövsiyyələri verib:

“Bəzən gənclər bizdən “Facebook”dan “Twitter”dən istifadəyə icazə olub-olmadığını soruşurlar. Onlara icazə veririk. Amma digər tərəfdən şəriət qanunları qadınlara internetə şəkil yükləməyi haram buyurur”.

Mahli açıqlamasının sonunda bildirib ki, əgər hesablar iş səbəbindən açılırsa, problem yoxdur.

 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-262-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik

0 Komment

    Şərh yazın

    Xəbərlər