Xaricdə distant təhsil alanlar, bu xəbəri oxumayın...
... Yoxsa ureyi agrisi ile qarshilayacaqsiniz
Təhsil Nazirliyi xaricdə distant təhsil alan tələbələrə verilən diplomların Azərbaycandakı taleyinə aydınlıq gətirib.
"Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə riayət olunmaqla həyata keçirilir
Eyni zamanda bildiririk ki, Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil almış şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb.
0 Komment
Şərh yazın