Sərnişinlər bu xəbərə çox sevinəcəklər...

Sərnişinlər bu xəbərə çox sevinəcəklər...

Nəqliyyat Nazirliyindən gözlənilməz qərar

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan bayramı münasibətilə sosial aksiyaya start verib.

NİİM-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Ramazan bayramının ilk günü - avqustun 8-də saat 06:00-dan 24:00-a qədər Bakıda ictimai nəqliyyat xidmətləri pulsuz olacaq. Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər.

 
Aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək. Bu aksiya ilk dəfə olaraq NİİM tərəfindən həyata keçirilir. Mərkəz bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir. NİİM-in bu təşəbbüsünü “Transqeyt” MMC və “Çinar Trans” MMC dəstəkləyərək aksiyaya qoşulub.
 
Qeyd edək ki, sərnişinlər 8 avqust tarixində aşağıda nömrələri qeyd olunan avtobus marşrutlarından ödənişsiz istifadə  edə biləcəklər:
 
-1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-, 202
 
Yaranan hər hansı məsələ ilə bağlı NİİM-in “141 qaynar xətt”inə müraciət etmək olar

0 Komment

    Şərh yazın

    Xəbərlər