Baş redaktor Qalib Toğrulun təqdimatında

Baş redaktor Qalib Toğrulun təqdimatında

"MK" jurnalının 47-cı sayı üçün

Dəyərli oxucular!
Aylar ötüb il dolansa da, biz Sizinlə hər görüşə birinci dəfə gəlirmiş kimi hazırlaşırıq. Bu da bir tərəfdən məsuliyyətimizi artırır, digər tərəfdən isə işə şövqlə girişməyimizə yardımçı olur. Şair demişkən, sanki 100 ildir görmürük Sizi! Xüsusən bayram ərəfəsində jurnal hazırlamağın ayrı ləzzəti var. Təsəvvür edirik ki, jurnalımızın son sayını evdə, istirahət guşələrində oturub necə oxuyur, vaxtınızı səmərəli keçirirsiniz. Bizim təsvvürümüzdə bu, Sizin istirahətinizə istirahət qatmaqdır. Təki belə olsun! Qarşılıqlı inam, etibar olan yerdə hər bir tərəf məğlubedilməz, sarsılmaz və səmimi olur.

  Hətta mövzu bolluğu olan aylarda (istisnasız ilin 12 ayı bu sarıdan çətinlik çəkmirik) hər bir təfərrüatı diqqətdən qaçırmamağa çalışırıq. Bu ay da belə oldu. Vergilər Nazirliyinin “Asan imza”sı, Vergi partnyorluğunun təsdiq edilib rəsmiləşdirilməsi iyul ayının əsas xəbərlərindəndir. “Asan imza” ilə bağlı baş yazımızda bu yeni alətdən necə istifadə etməklə bağlı ən incə nüanslara da toxunmuşuq. Onun məqsədi, necə əldə olunması, qiyməti, istifadə qaydası haqda yazıda yetərincə məlumat verilib. Vergi ödəyicilərinin “Asan imza” ilə bağlı birmənal olmayan yanaşması da başadüşüləndir. Əgər elektron imza varsa, onda “Asan imza” hansı zərurətdən ortaya çıxdı? Haqlı sualdır. Belə getsə, Dövlət Soial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi də  təhlükəsizlik amilini əsas gətirib dövriyyəyə öz imzalarını buraxa bilər. Buraxmayacaqlarına kim təminat verə bilər ki? Məsələyə hansı tərəfdən yanaşsaq da, yenə vergi ödəyicilərinin zərərə düşdüyünün şahidi oluruq. Ancaq yenə də yekun hökm verməkdən vaz keçərək hər şeyin zamanın öhdəsinə buraxırıq. Yəqin ki, ən böyük hakim olan Zaman özü daşları yerinə oturdacaq, hər şeyin həqiqi qiymətini verəcək.
 Vegi partnyorluğu ilə qaydaların qüvvəyə minməsi də çoxdan gözlənilən bir qərar idi. Artıq vergi ödəyiciləri vergi orqanları ilə əməkdaşlıq edə biləcəklər. Ancaq bu əməkdaşlıqda da diqtə edən tərəf vergi orqanları olacaq. Onların öz şərtləri, öz güzəşt mexanizmləri var. Yazını oxuyanda hər şey Sizə aydın olacaq. Ümid edirəm ki, vergi ödəyicilərinin vergi orqanları ilə əməkdaşlığı ümumi işin xeyrinə olub, hər iki tərəfin razı qalacağı  bir proses kimi formalaşacaq.
 Ramazan ayında gündəmimiz, osmanlı türkləri demişkən, çox yoğun, şükür ki, havamız da sərin keçir. Böyük Allah bir tərəfdən verəndə bir tərəfdən alırmış. Verdiklərinə min şükür, təki ağlımızı, sağlamlığımızı, əzizlərimizi əlimizdən almasın. Gələn qada-bala mala-mülkə gəlsin. Bu gözəl havaları Allahın bir lütfü kimi qəbul edək. Qoy, böyük Allah lütfünü üstümüzdən əskik eləməsin! Amin!

0 Komment

    Şərh yazın

    Xəbərlər