Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı!

Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı!

“Düzgün hesab” şüarı ilə 16 mart 2024-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə Vergi və Mühasibatlıq Zirvəsi keçirilib.

 “Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Sığorta” ASC, “Meqa Həyat” ASC, “Unibank” ASC-nin bank sponsorluğu, “ERPGO” şirkətinin sponsorluğu və “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə şirkətinin dəstəyilə 600 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini həyata keçirib.

3 moderator və 14 spiker " Düzgün Hesab" şüarı ilə "Maliyyə hesabları və uçot", "Vergi Məcəlləsi - 2024", "Vergi riskləri" panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə ediblər.

"Good Finance" şirkətinin direktoru Vüsal Səlimovun moderator olduğu “Maliyyə hesabları və uçot” panelində Auditor Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov, "Azercell Telekom" MMC-nin maliyyə departamentinin experti Elvin Abdullayev, Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə aparıcı məsləhətçi Faiq Abdullayev, “The Way Partners” şirkətinin direktoru Kamal Hüseynzadə, Neftçi PFK-nın maliyyə direktoru Namiq Əlizadə, İATM - İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev və “Unibank” ASC-nin filial rəhbəri Turan Xəlilov təcrübələrini bölüşüblər. Bu paneldə maliyyə hesabatlarının hazırlanması və uçotun təşkili ilə bağlı vacib məqamlar ekspertlərin təqdimatında iştirakçılara izah olunub.

Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevin moderator olduğu "Vergi Məcəlləsi -2024" panelində Dövlət Vergi Xidməti Vergi Siyasəti Baş İdarəsinin Vergi Qanunvericiliyinin Tətbiqi Şöbəsinin Rəisi Eldar Mədətov vergi qanunvericiliyində olunmuş son dəyişikliklər barədə vacib məqamlara toxunaraq iştirakçıların suallarını cavablandırıb.

"Good Finance" MMC-nin vergi konsultantı Teymur Əşrəfin moderator olduğu "Vergi Riskləri" paneli Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəis müavini Emil Rəhimov, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev, "Ekvita" MMC-nin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov, “PwC Azərbaycan”nın vergi direktoru Günel Sadiyeva, Dövlət Vergi Xidməti Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov və “KPMG Azərbaycan”nın vergilər üzrə baş meneceri Ülvi Yusifovun spikerliyi ilə baş tutub. Bu paneldə iştirakçıların sahə ilə bağlı sualları Dövlət vergi xidmətinin vəzifəli şəxsləri və müstəqil ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirin sonunda viktorinada iştirak edən iştirakçılara şirkətlər tərəfindən müxtəlif hədiyyələr verilib. Eyni zamanda, bütün iştirakçılara sertifiklarlar təqdim olunub.

 Vergi və Mühasibatlıq Zirvəsinin keçirilməsində dəstək olan sponsor, dəstəkçi və tərəfdaşlarımıza təşəkkür edirik!

Facebook: https://www.facebook.com/vmzbaku

İnstaqram: https://www.instagram.com/vmzbaku/

Linkedln: https://www.linkedin.com/company/vmz-baku/

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər