YENİ DƏYİŞİKLİK: Müavinətin hesablanması zamanı əvvəlki son 12 təqvim ay ilə bağlı hansı dəyişiklik həyata keçirildi? (2-ci yazı)

YENİ DƏYİŞİKLİK: Müavinətin hesablanması zamanı əvvəlki son 12 təqvim ay ilə bağlı hansı dəyişiklik həyata keçirildi? (2-ci yazı)

Baş Nazirin qərarı ilə müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnaməyə ciddi dəyişikliklər həyata keçirilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 14 mart 2024-cü il tarixli, 158 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarına ciddi dəyişikliklər edilib.

Mks.az saytının ekspertləri həmin dəyişikliklərin izahları silsilə yazılarla həmkarlarımıza təqdim edir. Qeyd edək ki, mart ayının sonlarında dərc olunacaq “Əməyin uçotu: A-dan Z-yə” kitabında da əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ayrıca bölmə hazırlanaraq həmkarlarımızın ixtiyarına veriləcək.

Dəyişikliklə bağlı ikinci yazımızdaƏsasnamənin 28-ci hissəsində edilən düzəliş haqqında məlumat verəciyik. Dəyişikliyə qədər Əsasnamənin 28-ci hissəsinə əsasən, müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilirdi . Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılırdı.

Dəyişiklik nəticəsində 28-ci hissənin üçüncü (hər iki halda), dördüncü abzaslarında və on dördüncü abzasının üçüncü cümləsində “12 tam təqvim” sözləri “12 təqvim” sözləri ilə əvəz edilib. 

Misal. İşçi 10 fevral 2024-cü il tarixdə əmək qabiliyyətini 25 günlük itirib.  İşçinin işə başlanma tarixi 27 mart 2023-cü il tarixdir. Göründüyü kimi, işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan öncəki 12 ayın birinci ayında tam olaraq işləməyib. İşəgötürən hesab edir ki, “12 tam təqvim ayı” ifadəsi olduğu üçün müavinət hesablanması zamanı 2023-cü ilin mart ayı nəzərə alınmayacaq. DSMF isə təqdim edilən haqq-hesab cədvəlndə isə son 12 ay üzrə gəlirlər hesablanan zamanı mart ayı üzrə iş günləri istehsalat təqviminə uyğun nəzərə alınmasını tələb edirdi.

Göründüyü kimi, Əsasnaməyə edilən dəyişiklik nəticəsində həmin boşluq aradan qaldırıldı.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər