“ASAN İMZA”nın istifadəsi ilə daha bir aktual Sual

“ASAN İMZA”nın istifadəsi ilə daha bir aktual Sual

 

“Əgər ASAN imza müəsissə rəhbərinin telefonundakı kartı ilə yerinə yetirəcəksə, onda belə çixir ki, mühasib daimə rəhbərin yanında olmalı və həmən imzadan istifadə etməklə işləri yerinə yetirməlidir. Əgər mühasib bir neçə müəsissənin işini yerinə yetirirsə, onda necə olacaq?”

Sual: Sualım ASAN imza ilə əlaqadardır. Sizin tərəfinizdən ASAN imza ilə əlaqadar. Elektron poçt ünvanına göndərilmış bildiriş məktublarda elekton imzanı bir nəfər- müəsissə rəhbəri əldə etməli və subhesabını, EVHF göndərilməsini yerinə yetirməlidir. Amma iş təcrübəsindən məlumdur ki, bu işləri mühasiblər yerinə yetirir. Çünkü bu işlər haqqında müəsissə rəhbəri tapşırıq verir, mühasib yerinə yetirir. Bir çox müəsissə rəhbərlərinin elekton şəkildə subhesbı, EVHF-larını təqdim edilməsi işlərini yerinə yetirilməsi praktikası yoxdur. Əgər ASAN imza müəsissə rəhbərinin telefonundakı kartı ilə yerinə yetirəcəksə, onda belə çixir ki, mühasib daimə rəhbərin yanında olmalı və həmən imzadan istifadə etməklə işləri yerinə yetirməlidir. Əgər mühasib bir neçə müəsissənin işini yerinə yetirirsə, onda necə olacaq? Bu sualların cavabı göndərdiyiniz bildiriş məktublarında yoxdur! Xahiş edirəm qaldırılmş məsələlərə ətraflı cavab verəsiniz.
Nazim Eyyubov

Cavab: Asan İmza (Mobil İmza) vasitəsilə elektron əməliyyatların həyata keçirilməsi üçün sahibkarlıq fəaliyyəti ilə məşqul olan müəssisənin rəhbəri ilkin olaraq biznes simkartı (hələlik Azercelldən) əldə edərək onu vergi orqanından aktivləşdirməli (vergi ödəyicilərinə xidmət strukturlarından, vergi ödəyicilərinə xidmət mərkəzlərindən və ya Asan Xidmətdə), sonra isə müvafiq elektron əməliyyatları yalınız özü həyata keçirməlidir. Zərurət yarandıqda isə müəssisənin rəhbəri tərəfindən öz işçilərinə verdiyi etibarnamə əsasında əlavə Asan İmza (Mobil İmza) əldə edilə bilər. Bundan sonra əldə edilmiş Asan İmza (Mobil İmza) əsasında müəssisənin rəhbəri öz işçilərinə bu və ya digər əməliyyatların tam və ya qismən həyata keçirilməsi üçün müvafiq səlahiyyət verməlidir. Göründüyü kimi mühasib tərəfindən elektron əməliyyatların yerinə yetirilməsi üçün müəssisənin rəhbəri və mühasibi ayrı-ayrılıqda Asan İmza (Mobil İmza) əldə etdikdən sonra müəssisənin rəhbəri öz mühasibinə müvafiq əməliyyatların həyata keçirilməsi üçün səlahiyyət verə bilər.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Xəbərlər