Vergi ödəyicisi ilə vergi orqanı dostlaşdıran qayda təsdiq olundu
Nazirlər Kabineti bununla bağlı qayda və sazişin formasını təsdiqlədi
Nazirlər Kabinetinin 190 saylı, 19 iyul 2013-cü saylı qərarı ilə "Vergi partnyorluğu Sazişinin forması"nın və "Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları"nın təsdiq edilib.
Qeyd edək ki, bu sənədlər “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb. Qaydaya əsasən, Sazişin bağlanılması məqsədi ilə vergi ödəyiciləri Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi formada ərizə ilə vergi orqanına müraciət edirlər. Vergi orqanı daxil olmuş müraciətə baxaraq, 15 (on beş) gün müddətində Sazişin bağlanılmasının mümkünlüyü və ya bağlanılmasından imtina edilməsi barədə vergi ödəyicisinə yazılı məlumat verməlidirlər.
0 Komment
Şərh yazın