Əmanətlərini banka qoymaq istəyənlər üçün XƏBƏR
Hansı valyutaya üstünlük verirlər?
Bu il iyunun 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,7% artaraq 5 891,5 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 3 565,4 mln. manatı və ya 60,5%-i milli valyutada, 2 326,1 mln. manatı xarici valyuta şəklində qoyulub və müvafiq olaraq 45,5% və 23% artıb.
Əmanətlərin 75%-i özəl banklarda yerləşdirilib.
Qeyd edək ki, 2013-cü ilin iyun ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,78 manat, 100 Rusiya rubluna 2,43 manat, 1 avroya 1,04 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,78 manat, 2,53 manat və 1,03 manat təşkil edib.
0 Komment
Şərh yazın