"ASAN İMZA" ilə Vergilər Nazirliyindən YARI ŞAD XƏBƏR
“Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” üzrə elektron xidmətlərdən istifadə vaxtı hansı tarixə uzadıldı
Hörmətli vətəndaşlar və vergi ödəyiciləri!
Nəzərinizə çatdırırıq ki, Vergilər Nazirliyi tərəfindən informasiya-kommnikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinə cavab verən “Asan İmza SİM kartı” üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxlərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayından Vergilər Nazirliyinin müasir tipli Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilərək fəaliyyətə başlamışdır.
ASXM-in istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, Pos-terminalların onlayn qeydiyyatı, ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturaların göndərilməsi və s. əməliyyatlar üzrə elektron xidmətlərdə Asan İmzanın tətbiqinə başlanmışdır.
Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən İistifadəçi kodu, Parol, Şifrədən istifadə edilərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermir. Yüksək təhlükəsizlik tələb edən elektron xidmətlərdən - “Vahid depozit hesabi vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidmətlərdən istifadə zamanı “Asan İmzanın (Mobil İmzanın)” tətbiqinə zərurət yaradır.
Qeyd olunanları nəzərə alaraq ƏDV ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” üzrə elektron xidmətlərdən istifadə 01 sentyabr 2013-cü il tarixdən (qeyd edək ki, öncəki açıqlamalarda bu tarix 01 avqust 2013-cü il tarixdən hesab olunur - redaksiyadan) etibarən yalnız Asan İmza (Mobil İmza) vasitəsi ilə həyata keçiriləcəkdir.
Ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Asan İmza” bölməsindən, www.asanimza.az saytından və İnternet Vergi İdarəsinin Yardım bölməsindən, habelə Nazirliyin 195 nömrəli Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.
0 Komment
Şərh yazın