Əmanət qoyanlar üçün BƏD XƏBƏR..
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 01 avqust 2013-dən tətbiq olacaq və əmanətçilərin əleyhinə olacaq hansı qərar çıxartdı?
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) avqustun 1-dən fiziki şəxslərin 10 faizdən artıq dərəcə üzrə ölkənin bank sisteminə qoyduğu depozitləri sığortalamayacaq. Bu barədə çərşənbə axşamı Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
Müvafiq olaraq, 10 faizdən artıq dərəcə üzrə banklara cəlb edilmiş əmanətlər üzrə sığorta hadisəsi zamanı, yəni bank müflisləşərkən sığortalanan əmanətçilərə kompensasiya ödənilməyəcək.
Onun sözlərinə görə, ADIF-in Qəyyumluq Şurası son iclasında sığortalanan əmanətlər üzrə yuxarı həddin 12-dən 10 faizədək endirilməsi barədə qərar qəbul edib.
Bununla belə, ADIF 1 əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsini dəyişməz, yəni 30 min manat səviyyəsində saxlayıb.
Cavadov qeyd edib ki, avqustun 1-dən qüvvəyə minəcək bu qərar ölkədə əmanətlər üzrə dərəcələrin davam edən azaldılmasının nəticəsidir.
0 Komment
Şərh yazın