Vergilər Nazirliyindən qırmızı rəngli elan

Vergilər Nazirliyindən qırmızı rəngli elan

Dövlət orqanı hansı məsələ üzrə saytında elan verdi?

VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ!
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi (o cümlədən rəhbər dəyişikliyi) qeydiyyata alınmalıdır.


Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (müvafiq vergi orqanına) ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

0 Komment

    Şərh yazın

    Xəbərlər