Bazar gunu olacaq I ixtisas qrupu üzrə qəbul imtahanı ilə bağlı maraqlı rəqəmlər
57 yaşlı abituriyent, necədir?:)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 21-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.
Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 70 binada keçiriləcəkdir. İmtahanların idarə olunması üçün 276 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 3026 nəzarətçi-müəllim cəlb olunacaq.
İmtahanın gedişini işıqlandırmaq üçün 70 - dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçmişdir. 2013-cü ildə I qrup üzrə 36883 abituriyent ərizə təqdim edib.
Onlardan 34240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22372 nəfərini oğlanlar, 14511 nəfərini isə qızlar təşkil edir. 21210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13766 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkələrin vətəndaşıdır. 150 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1757 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.
Bakı şəhərində 17402, Naxçıvanda 1712, Gəncədə 4202, Sumqayıtda 3093, Mingəçevirdə 1491, Şəkidə 2080, Ağcabədidə 905, Göyçayda 1612, Şirvanda 1326, Lənkəranda 1915, Qubada isə 1145 abituriyentin imtahan verəcəyi gözlənilir.
0 Komment
Şərh yazın