Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün istirahət günü olacaq

Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün istirahət günü olacaq

Nazirlər Kabinetinin bu il Ramazan bayramı ilə əlaqədar 8 və 9 avqust tarixinin iş günü olmayacağı barədə qərarı qüvvədə qalır. Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Onun sözlərinə görə, Baş nazir Artur Rasizadənin 2012-ci il dekabrın 12-də imzaladığı qərara əsasən, 2013-cü il 8 və 9 avqust tarixləri Ramazan bayramıdır və qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, qərar verilərkən Azərbaycan Milli Elmlər Akademiyası və Qafqaz Müsəlmanları İdarəsinin məlumatları nəzərə alınıb.

Qeyd edək ki, bu il Ramazan bayramının təsadüf etdiyi 8 və 9 avqust tarixləri həftənin 4 və 5-ci günlərinə düşür.

0 Komment

    Şərh yazın

    Xəbərlər