Mərkəzi Bankdan maraqlı açıqlama
Departament direktoru bir neçə ölkənin təcrübəsini misal gətirərək bildirib ki, dövriyyədə paralel olaraq eyni nominallı əsginas və sikkə olan zaman, psixoloji amillər səbəbindən pulun metal analoquna tələbat olmur: «Bu, artıq özünü bir sıra ölkələrdə də göstərib - əhali belə pulları götürmür. İnsanlar hesab edirlər ki, onlar qəpiklərlə pul hissini itirirlər, amma ciblərində əsginas olduqda, özlərinə daha əmin olurlar. Həmçinin, qəpiklərin logistik problemlər yaradır, yəni, onları yığmaq, daşımaq, ödəniş etmək problemi yaranır».
H.Mənsimov daha bir mühüm problemə Avropa təcrübəsi əsasında aydınlıq gətirib: «Məsələn, Avropada dövriyyədə 1 və 2 avro nominallı sikkələr var və əsas problem saxta pullarla bağlıdır. Avropa Bankı uzun müddətdir 2 avroluq əsginasın buraxılması haqqında düşünür. Bizdə isə əhali bu pullara nəzarət etmir və onlar Mərkəzi Banka qayıtmır. Əsginaslar banka qayıdır və sayma zamanı saxtaları aşkar etmək mümkündür. Dövriyyədə isə olduqca çox saxta qəpiklər olur və onların sayı artır».
«Azərbaycanda ən önəmli problem sosial ödənişlərlə bağlı ola bilər. Əgər 1 manatlıq qəpiyə çevrilərsə, onda pensiyaçılar və sosial yardım alanlar bankomatdan 4 manata qədər məbləği çıxara bilməyəcəklər», - deyə AMB rəsmisi vurğulayıb.
0 Komment
Şərh yazın