III ixtisas qrupu üzrə Bakıda üzrə yeganə 700 bal toplayan şəxsin təqdimatı
Məhəmməd İsmayılov: "Əslində 670 bal hədəfləmişdim, 700 bal toplamağımı gözəmirdim..."
İyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri artıq bəllidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dünən açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb.
Modern.az saytı 700 bal toplayan abituriyentlərdən birincisini - Məhəmməd İsmayılovu təqdim edir.
Məhəmməd Şahin oğlu İsmayılov Bakı şəhəri Nərimanov rayonundakı 258 saylı orta məktəbin məzunudur. 2013-cü ildə orta məktəbi bitirən abituriyent qəbul imtahanında 700 bal toplayacağınızı gözləmədiyini bildirib.
“Əslində 670 bal hədəfləmişdim, 700 bal toplamağımı gözəmirdim. Amma yaxınlarım, qohumlarım, müəllimlərim – hamı 700 bal toplayacağıma əmin idi və bu nəticəni məndən gözləyirdilər”.
III ixtisas qrupunda Bakı şəhəri üzrə yeganə 700 bal toplayan M.İsmayılov ümumtəhsil məktəbində oxuduğu 11 il ərzində hər zaman qiymətləri ilə fərqləndiyini vurğulayıb.
“Oxuduğum 11 il ərzində hər zaman biliyimə görə seçilən şagird olmuşam. Məktəbdən qızıl medala namizədliyim verilib və qızıl medal almağı da gözləyirəm”.
M.İsmayılov III ixtisas qrupu üzrə iki il hazırlığa getdiyini bildirib.
“Keçən il 4 fəndən hazırlığa getdim, yalnız riyaziyyat qalmışdı. Bu ildən isə bütün fənlərdən hazırlaşdım”.
M.İsmayılovun yeganə hədəfi isə hüquqşünas olmaqdır. “İstədiyim yalnız bir fakültə var idi: hüquq. Bu balla da istədiyimi əldə edə bilərəm. Hazırda Azərbaycanda bakalavr təhsili almaq istəyirəm. Magistraturanı xaricdə oxumağı planlaşdırıram. Seçim etmək üçün 3 həftə vaxtım var. Fikrimdə isə Bakı Dövlət Universiteti ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasıdır. Vaxta var, fikirləşib bir seçim edəcəm”.
0 Komment
Şərh yazın