Bağlanan bankın sahibkarlıq hesabında olan vəsaitin taleyi necə olacaq?
“2023-cü ildə daha bir bank bağlandı. “Muğan Bank”da qorunan əmanətlərin qaytarılmasına yaxın zamanlarda başlanılması gözlənilir. Bununla yanaşı, hər bir bankda sahibkarların da böyük həcmdə vəsaitləri də olur”.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə fikir bildirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, “Muğan Bank”ın tam öhdəlikləri barədə məlumatlar hələlik ictimaiyyətə təqdim olunmadığından sahibkarların bu bankdakı vəsaitlərinin həcmi açıqlanmayıb.
“Bununla belə, qaydalara əsasən, “Muğan Bank”da fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə vəsaitlərin 20 min manatı kompensasiya olunacaq. Bu o deməkdir ki, əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin hesabında 50 min manat varsa, onun 20 min manatı kompensasiya olunan, digər hissəsi isə qorunmayandır.
Bu baxımdan, son illər inflyasiya səviyyəsinin proqnozlaşdırılandan yüksək olduğunu nəzərə alsaq, kompensasiya olunan məbləğin artırılması çox vacibdir. Bu banklar müflis olan zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin pullarının daha çox hissəsinin kompensasiya olunmasına gətirib çıxara bilər”, parlamentari əlavə edib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023
3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023
4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
5. Əmək Qanunvericiliyi Toplusu 2023
6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023
9. Mühasibat uçotu 2022
10. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın