
Əlavə dəyər vergisindən azad olunan malların siyahısına DƏYİŞİKLİK
Nazirlər Kabineti Azərbaycan ərazisinə gətirilən hansı malları ƏDV-dən azad etdi?
Nazirlər Kabineti Azərbaycan ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısına dəyişiklik edib. Bu barədə “APA-Economics”ə Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliklə "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı"a neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar əlavə olunub.
Qərar 2014-cü ilin yanvarın 1-dək qüvvədə olacaq.
0 Komment
Şərh yazın