SOCAR işçilərlərin sayı ilə bağlı mühum addım
ARDNŞ-in idarələri üzrə işçi sayı haqqında məlumat
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) işçilərinin sayını azaldıb.
ARDNŞ-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu, işçilərin optimallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində baş verib.
Məlumata görə, son illər ARDNŞ-da bir çox struktur dəyişiklikləri aparılıb, karyeranın idarə edilməsi, şirkətin idarə və müəssisələrinin, eyni zamanda işçilərin inkişafına xidmət edən tədbirlər həyata keçirilib: “1993-cü il ilin 1 yanvar tarixinə şirkətdə 79 034 nəfər işləyirdisə, 2013-cü ilin 1 yanvar tarixinə işçilərin faktiki sayı 66 234 nəfər təşkil edib. Bundan başqa, müxtəlif vaxtlarda müəssisələrin özəlləşdirilməsi, birgə müəssisələrin və Əməliyyat Şirkətlərinin yaradılması da ARDNŞ-də çalışan işçilərin sayının azalmasına səbəb olub”.
Bundan başqa, 2009-cu il yanvarın 1-ə olan məlumata görə, ARDNŞ-da çalışanların sayı 65 083 nəfər olub. Eyni zamanda 2009-cu ildə ARDNŞ-ın strukturuna 12 610 nəfərlik “Azəriqaz” Səhmdar Cəmiyyəti, 2010-cu ildə isə 6 134 nəfərlik “Azərikimya” şirkəti daxil edilib. Nəticədə şirkətin ümumi işçilərinin sayı nəzərəçarpacaq dərəcədə artıb, təxminən - 84000 nəfərə çatıb. 2011-2012-ci illərdə ARDNŞ-da işçilərin optimallaşdırılması ilə bağlı keçirilən tədbirlər nəticəsində mənzil-kommunal, məktəbəqədər müəssisələr, mədəniyyət sarayları, səhiyyə və digər sosial obyektlər müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanların və qurumların balansına verilib, bununla da ARDNŞ üzrə işçilərin faktiki sayı 2013-cü ilin 1 yanvar tarixinə görə 66 234 nəfərə enib.
İşçilərin sayının azalması ARDNŞ-ın ən iri struktur vahidlərinə özünü əyani şəkildə büruzə verib: “Azneft” İstehsalat Birliyi üzrə 20 732 nəfərdən 16145 nəfərə, Kompleks Qazma İşləri Tresti üzrə 6 360 nəfərdən 3 914 nəfərə, Sosial İnkişaf İdarəsi üzrə 7 838 nəfərdən 1 189 nəfərə, Təhlükəsizlik İdarəsi üzrə 4 250 nəfərdən 3 800 nəfərə enib”.
0 Komment
Şərh yazın