TQDK-dən magistr olmaq istəyənlər üçün ŞAD XƏBƏR

TQDK-dən magistr olmaq istəyənlər üçün ŞAD XƏBƏR

 Qəbul imtahanlarının nəticələrinə əsasən boş yerlərin sayı açıqlandı

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə əlavə qəbul aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, boş qalan yerlərə əlavə qəbulla bağlı avqust ayında müsabiqə elan olunacaq. Onun sözlərinə görə, ayrı-ayrı magistratura proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərə müsabiqədə iştirak etmək üçün ərizə qəbulunun vaxtı TQDK-nın rəsmi internet saytında və “Magistr” jurnalının növbəti sayında dərc olunacaq.

 
Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, 1000-dən çox yer boş qalıb. Belə ki, 2013/2014-cü tədris ili üçün magistratura səviyyəsi üzrə 6794 plan yeri ayrılıb. Bunlardan dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616 olub.  Magistraturaya qəbul imtahanlarının nəticələrinə əsasən isə, 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2616 nəfərini oğlanlar, 3149 nəfərini isə qızlar təşkil edir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər