Təhsil naziri müəllimlərin əmək haqqısı barədə açıqlama verdi

Təhsil naziri müəllimlərin əmək haqqısı barədə açıqlama verdi

"Həqiqətənmi müəllimin əsl müəllim olması məvacibdən irəli gəlir?"

Azərbaycanda müəllimlərin əmək haqlarının qaldırılması mövzusu gündəmdədir. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, müəllimlərin əməkhaqqı qaneedici səviyyədə deyil.

Onun sözlərinə görə, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının düzgün mexanizmi tapılmalıdır: “Avtomatik şəkildə müəllimlərin əməkhaqları artırılmalıdırmı, yoxsa dünya təcrübəsində istifadə edilən biliyə, səviyyəyə, təcrübəyə görə qiymətləndirmə metodlarından istifadə olunmalıdırmı? Hazırda bu məsələ müzakirə olunur.  Müəllimlərin əməkhaqları ilə bağlı düzgün qərar vermək üçün hərtərəfli müzakirələr aparmaq lazımdır”.
 
M.Cabbarov qeyd edib ki,  Azərbaycan cəmiyyətində həmişə müəllim nüfuzu yüksək olub: “Biz özlüyümüzdə düşünməliyik. Həqiqətənmi müəllimin əsl müəllim olması məvacibdən irəli gəlir? Müəllimlik xüsusi bir missiyadır. Müəllim sözünün mənasını iş adamı və ya öz mənfəətini güdən adamla eyniləşdirməyin tərəfdarı deyiləm”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər